N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Yəmən hökuməti istefa verib - SABA

16-yanvar-2026
Turan Hüseynli
Yəmən hökuməti istefa verib - SABA
Yazı Ölçüsü:

Yəmən Prezident Rəhbərlik Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi xarici işlər naziri Şaya Möhsin əl-Zindanini yeni baş nazir təyin edib.

"PostMedia" xəbər verir ki, bu barədə yanvarın 16-na keçən gecə Yəmənin SABA xəbər agentliyi məlumat yayıb.

"Doktor Şaya Möhsin əl-Zindani Nazirlər Şurasının sədri təyin edilib və ona hökuməti formalaşdırmaq tapşırılıb", — deyə fərmanın mətnində qeyd olunub. Sənədə əsasən, hazırkı kabinet yeni hökumət qurulana qədər fəaliyyətini davam etdirəcək.

Yanvarın 15-də Yəmən Prezident Rəhbərlik Şurasının rəhbəri Salem Saleh bin Breykin istefasını qəbul edib. Bəyanatda bildirilib ki, bu qərar "ölkədəki son dəyişikliklərə uyğun olaraq yeni hökumətin qurulmasına yol açmaq" məqsədilə verilib. Digər bir fərmanla əl-Alimi onu maliyyə və iqtisadi məsələlər üzrə özünə müşavir təyin edib.

Yəməndə hökumət dəyişikliyindən əvvəl ölkənin cənub və şərq bölgələrində gərginlik artıb. 2025-ci ilin dekabr ayının əvvəlində BƏƏ tərəfindən dəstəklənən Cənub Keçid Şurasının (CKŞ) qüvvələri Hədrəmout və Əl-Mahra vilayətlərinə nəzarəti ələ keçirmişdi. Buna cavab olaraq Yəmən hakimiyyəti BƏƏ ilə birgə müdafiə sazişini ləğv etmiş və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyadan hərbi yardım istəmişdi. Yanvar ayında danışıqlar üçün Ər-Riyada gələn CKŞ rəhbərliyinin bəzi üzvləri təşkilatın buraxıldığını elan ediblər. Separatçı lider Aydarus əz-Zubeydinin (Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya onun BƏƏ-yə qaçdığını iddia edirdi) tərəfdarları isə şuranın buraxılması qərarını rədd ediblər. Yanvarın 11-də Yəmən hakimiyyəti hökumət qüvvələrinin cənub və şərq vilayətləri, o cümlədən müvəqqəti paytaxt Ədən üzərində nəzarəti bərpa etdiyini açıqlayıb.

Kateqoriyalar