6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Rusiya Avropa ölkələri ilə münasibətləri bərpa etməyə hazırdır — Putin

15-yanvar-2026, 21:25
Rusiya Avropa ölkələri ilə münasibətləri bərpa etməyə hazırdır — Putin
Yazı Ölçüsü:
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ölkənin Avropa dövlətləri ilə münasibətləri hələ də qənaətbəxş olmaqdan uzaqdır, lakin Rusiya tərəfi bu münasibətləri bərpa etməyə hazırdır.
"PostMedia" bu barədə "Kommersant"a istinadən xəbər məlumat yayıb.
Prezidentin sözlərinə görə, Rusiya avropalıların minimuma endirdiyi dialoqun davam etdirilməsinin tərəfdarıdır.
Xarici ölkə səfirlərinin etimadnamələrinin təqdimetmə mərasimi zamanı Putin vurğulayıb: "Burada təmsil olunan hər bir Avropa dövləti — Fransa, Çexiya, Portuqaliya, Norveç, İsveç, Avstriya, İsveçrə və İtaliya ilə münasibətlərimiz dərin tarixi köklərə malikdir, qarşılıqlı faydalı tərəfdaşlıq və bir-birini zənginləşdirən mədəni əməkdaşlıq nümunələri ilə doludur".
Rusiya Prezidenti həmçinin qeyd edib: "Mühüm beynəlxalq və regional məsələlər üzrə əməkdaşlıq dondurulub. İnanmaq istərdim ki, zaman keçdikcə vəziyyət düzələcək və ölkələrimiz milli maraqlara hörmət və təhlükəsizlik sahəsindəki qanuni narahatlıqların nəzərə alınması prinsipləri əsasında normal, konstruktiv ünsiyyətə qayıdacaqlar".
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031