Paşinyan Putindən Azərbaycan və Türkiyə ilə bağlı xahiş etdi
15-yanvar-2026, 21:20
Yazı Ölçüsü:
Ermənistan Rusiya tərəfdaşlarından Ermənistan ərazisindən Azərbaycan və Türkiyə sərhədlərinə gedən dəmir yolu sahələrində bərpa işlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul etməyi xahiş edib.
"PostMedia" xəbər verir ku, bunu İrəvanda keçirilən brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Bəli, bu məsələ müzakirə olunub. Mən bu mövzunu Rusiya Federasiyasının prezidenti [Vladimir Putin] ilə də müzakirə etmişəm, həmçinin Ermənistanın vitse-baş nazirinin RF hökuməti sədrinin müavini ilə bu barədə danışmaq imkanı olub. Biz Rusiya Federasiyasından olan tərəfdaşlarımızın reaksiyasını gözləyirik”, – deyə Paşinyan Azərbaycan və Türkiyə sərhədlərinə gedən dəmir yolunun bərpası müddətlərinin Rusiya ilə müzakirə olunub-olunmaması barədə suala cavabında bildirib. Dəmir yolu xətlərində bərpa işlərinin həyata keçirilmə müddətlərindən danışan Paşinyan qeyd edib ki, Ermənistan və ABŞ arasında “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinin icrasına dair çərçivə sazişi imzalandıqdan sonra uyğun müddət — yaxın zamandır. “Münasib müddət — indidir və bizim istəyimiz odur ki, bu, indi həyata keçirilsin. Gedən proseslər var, siz bu barədə məlumatlandırılacaqsınız və bu proseslər imkan daxilində işlərin tez görülməsini nəzərdə tutur. Biz də Rusiya tərəfdaşlarımızdan bu məsələ ilə bağlı qərar qəbul etmələrini xahiş edirik”, – deyə Ermənistanın baş naziri bildirib. Rusiyanın TRIPP layihəsinə cəlb olunmasının müzakirə edilib-edilməməsi ilə bağlı dəqiqləşdirici suala cavab olaraq Paşinyan yenidən vurğulayıb ki, bu, Ermənistan və ABŞ arasında olan bir layihədir və üçüncü tərəfin iştirakı məsələsini hər iki tərəf birlikdə həll etməlidir. Bununla yanaşı, o, qonşu ölkələrin bu və ya digər formada layihəyə cəlb olunmasının təbii olduğunu, lakin səhmdar qismində olmayacağını bildirib. “Rusiyaya gəldikdə isə, – Paşinyan davam edib, – hazırkı mərhələdə biz Rusiya tərəfdaşlarından ‘Axurik’, ‘Yerasx’ sahələrində, həmçinin İrəvan dəmir yolu infrastrukturunda təcili bərpa işləri aparmalarını xahiş edirik”.
Paylaş
Oxsarı Xəbərlər
Dünya
Vuçiç parlament seçkilərində məğlub olub və Rusiyaya qarşı sanksiyaların tətbiq olunacağını proqnozlaşdırıb
26-oktyabr-2026
Maraqlı
Tramp Norveçi Nobel Sülh Mükafatı ilə bağlı qərara görə "tualet ölkə" adlandırıb
26-oktyabr-2026
Dünya
Netanyahu İsraildə seçkilər ərəfəsində Trampdan seçki kampaniyasına daha çox dəstək istəyir
26-oktyabr-2026
Dünya
Zelenski Putinə Uitkoffun təqdim etdiyi sənədin məzmunu barədə danışıb
26-oktyabr-2026
Dünya
Husilər Ər-Riyad hava limanına fəaliyyətin bərpa olunduğu gün hücum ediblər
26-oktyabr-2026
Hadisə
Odər Qəni: "Qətlin baş verdiyi restoran mənə məxsus deyil"
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.