6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Avropa Qrenlandiyadan imtina edəcək – Medvedev

14-yanvar-2026, 23:21
Avropa Qrenlandiyadan imtina edəcək – Medvedev
Yazı Ölçüsü:

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Avropanın Qrenlandiyadan imtina edəcəyini ehtimal edib.

"PostMedia" xəbər verir ki, bu barədə o, özünün X hesabında yazıb.

“Qall xoruzu banladı ki, Danimarkanın suverenliyinə toxunsalar, nəticələr misli görünməmiş olacaq. Bəs onlar nə edəcəklər?

Prezidenti oğurlayacaqlar? ABŞ-yə nüvə zərbəsi endirəcəklər? Əlbəttə ki, yox. Onlar sadəcə qorxudan özlərini itirəcək və Qrenlandiyadan imtina edəcəklər. Bu da gözəl bir Avropa presedenti olacaq”.

Xatırladaq ki, daha əvvəl Fransa prezidenti Emmanuel Makron ABŞ tərəfindən Danimarkaya məxsus Qrenlandiya adasının mümkün ilhaqını şərh edərkən bildirmişdi ki, Avropa ölkəsinin və müttəfiqin suverenliyinin pozulması misli görünməmiş nəticələrə səbəb olacaq.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031