6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Azərbaycan ərazisində hadisələr törətmiş 4 məhbus Ermənistana təhvil verilib

14-yanvar-2026, 16:55
Azərbaycan ərazisində hadisələr törətmiş 4 məhbus Ermənistana təhvil verilib
Yazı Ölçüsü:
Gevorq Sujyan, David Davtyan, Vigen Euljekjian və Vaqif Xaçatryan bu yaxınlarda Azərbaycan Respublikasının müvafiq qurumlarının nümayəndələri tərəfindən Hakkari körpüsü vasitəsilə Ermənistan Respublikasının müvafiq qurumlarının nümayəndələrinə təhvil verilib və hazırda Ermənistan ərazisindədirlər.
"PostMedia" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün Facebook səhifəsində məlumat verib.
“Daha sonra əlavə məlumat verəcəyəm”, – deyə Paşinyan bildirib.
Daha sonra Baş nazir əlavə edib ki, ilkin tibbi müayinənin nəticələrinə əsasən, Gevorq Sujyan, David Davtyan və Vigen Euljekjianın sağlamlıq vəziyyəti normaldır. Vaqif Xaçatryanın səhhəti isə ilkin mərhələdə qənaətbəxş qiymətləndirilir. Onların hamısı hazırda Yerevana köçürülür.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930