6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp Venesuela müxalifətinin lideri ilə görüşəcək - CNN

13-yanvar-2026, 08:25
Tramp Venesuela müxalifətinin lideri ilə görüşəcək - CNN
Yazı Ölçüsü:

Venesuela müxalifətinin lideri, 2025-ci il Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado cümə axşamı ABŞ Prezidenti Donald Trampla görüşəcək.

“PostMedia” CNN-ə istinadən xəbər verir ki, bu barədə telekanala “Ağ Ev”in yüksək vəzifəli rəsmisi məlumat verib.

Maçadonun “Ağ Ev”ə səfəri Trampın onun namizədliyini dəstəkləməkdən imtina etməsindən sonra baş tutur. Həmin qərar Karakasa ABŞ-nin hərbi zərbələrindən və ölkə lideri Nikolas Maduronun ələ keçirilməsindən sonra verilib.

Yanvarın 3-də baş verən əməliyyatdan qısa müddət sonra Tramp bildirib ki, Maçadonun Venesuelanı idarə etməsi çətin olacaq, çünki onun geniş xalq dəstəyi yoxdur.

O, həmçinin Nobel Sülh Mükafatını ABŞ prezidentinə təhvil verə biləcəyinə eyham vurub. Tramp isə cavabında bunun onun üçün “şərəf” olacağını deyib. Lakin Norveç Nobel İnstitutu bəyan edib ki, “Nobel” mükafatı başqasına ötürülə bilməz.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031