N/A°C Bakı
1$ = 1.70₼
Dünya

Putinin xüsusi nümayəndəsi Parisə səfər edib, Whitkopf və Kushnerlə danışıqlar aparıb — Axios

08-yanvar-2026
Turan Hüseynli
Putinin xüsusi nümayəndəsi Parisə səfər edib, Whitkopf və Kushnerlə danışıqlar aparıb — Axios
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Trampın müşavirləri Stiv Uitkoff və Cared Kuşner çərşənbə günü Parisdə Rusiya səfiri Kiril Dmitriyev ilə görüşərək Ukraynada sülhün bərqərar olması üçün ABŞ proqramını müzakirə ediblər.
"PostMedia" xəbər verir ki, bu baədə "Axios" nəşri mənbələrinəistinadən məlumat yayıb.
Məlumata görə, Trampın proqramının demək olar ki, bütün aspektləri üzrə Ukrayna ilə razılıq əldə edildikdən sonra, "Ağ Ev" Rusiya prezidenti Vladimir Putindən bu təkliflə bağlı konkret cavab almaq istəyir.
İndiyədək Putin açıq şəkildə ABŞ və Ukrayna arasında danışıqlar aparılan müqaviləyə razılıq və ya ciddi müzakirə əlaməti göstərməyib. Fransız Le Monde qəzeti çərşənbə günü ilk dəfə xəbər verib ki, Dmitriyev Parisdə ABŞ səfirliyinin yaxınlığında görülüb. "Ağ Ev" və Dmitriyevin mətbuat katibi şərh verməkdən imtina ediblər.
Putinin xüsusi nümayəndəsi ilə görüş Whitkopf və Kushnerin iki günlük danışıqlarına təsadüf edib, bu müddət ərzində onlar Ukrayna və Avropa yüksək səviyyəli rəsmiləri, o cümlədən prezident Volodimir Zelenski və Böyük Britaniya, Fransa, Almaniya liderləri ilə görüşüblər.
Bu danışıqlar əsasən iki əsas məsələ ətrafında cəmlənib. Onlardan biri Ukraynanın təhlükəsizlik zəmanətləri, digəri isə Ukraynanın Donbasın şərq bölgəsində potensial ərazi güzəştləridi.
Zelenski cümə axşamı bildirib ki, ABŞ və Ukrayna arasında təhlükəsizlik sazişi “Trampla ən yüksək səviyyədə yekunlaşdırmaq üçün demək olar ki, hazırdır”.
O həmçinin qeyd edib ki, Ukraynaya bildirilmişdir ki, ABŞ hazırda Rusiya ilə bu mövzuda əməkdaşlıq edəcək.
Ukraynalı rəsmilər Axios-a bildirib ki, mümkündür ki, Zelenski gələn həftə ABŞ-yə səfər edərək Trampla görüşüb təhlükəsizlik sazişini yekunlaşdırsın.
Digər variant isə Zelenskinin Dünya İqtisadi Forumunun Davosda keçiriləcək sessiyasında görüşməsidir.
Kateqoriyalar