N/A°C Bakı
1$ = 1.70₼
Dünya

Venesuela hökuməti çoxsaylı məhbusları dərhal azad etmək qərarı verib

08-yanvar-2026
Turan Hüseynli
Venesuela hökuməti çoxsaylı məhbusları dərhal azad etmək qərarı verib
Yazı Ölçüsü:
Venesuela hökuməti həm ölkə vətəndaşları, həm də xarici vətəndaşlar daxil olmaqla xeyli sayda məhbusun dərhal azad ediləcəyini elan edib.
PostMedia" xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.
“Bolivarian hökumətinin bu jesti sülhə töhfədir. Respublikamızda dinc həyatı təmin etmək və onun rifahına nail olmaq üçün hamımız bu töhfəni verməliyik”, — deyə Rodriges bildirib.
Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuela ərazisinə kütləvi zərbə endirib. Nəticədə Nikolas Maduro və onun həyat yoldaşı Silia Flores saxlanılaraq Nyu-Yorka aparılıb. ABŞ prezidenti Donald Tramp onların narkoterrorizm və ABŞ-ın təhlükəsizliyinə təhdid yaratmaq ittihamları ilə məhkəmə qarşısına çıxarılacağını açıqlayıb. Amerika məhkəməsində Maduro və Flores irəli sürülən bütün ittihamları rədd edərək özlərini təqsirsiz hesab etdiklərini bəyan ediblər.
ABŞ-ın hərbi əməliyyatından sonra Karakas BMT-nin təcili iclasının çağırılmasını xahiş edib. Venesuela Ali Məhkəməsi dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezident Delsi Rodrigesə verib. O, yanvarın 5-də Milli Assambleyanın xüsusi iclasında andiçmə mərasimi ilə rəsmi şəkildə prezident səlahiyyətlərini icra edən şəxs olub.
Rusiya Xarici İşlər Nazirliyi Venesuela xalqı ilə həmrəylik ifadə edib, ABŞ-ı isə vəziyyəti gərginləşdirməməyə və Maduro ilə onun həyat yoldaşını azad etməyə çağırıb. Çin də analoji çağırış edərək ABŞ-ın addımlarını beynəlxalq hüququn pozulması adlandırıb. ABŞ-ı tənqid edən bəyanatla KXDR Xarici İşlər Nazirliyi də çıxış edib.
Kateqoriyalar