Qrenlandiya ətrafında münaqişə NATO-nun dağılmasına gətirib çıxara bilər — WP
08-yanvar-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
Donald Tramp administrasiyasının Qrenlandiya ilə bağlı sərt ritorikası və ada uğrunda hipotetik münaqişə NATO-nun dağılmasına səbəb ola bilər.
"PostMedia" xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin məlumat yayıb.
Nəşr yazır ki, “Karakas əməliyyatından sonra (ABŞ-nin) Qrenlandiya ilə bağlı ritorikası daha da sərtləşib və Trampın suveren qonşunun faktiki ilhaqına yönəlmiş addımlarından sonra bu ssenari daha inandırıcı görünür.” Qəzet qeyd edir ki, ada uğrunda ABŞ ilə Danimarka arasında mümkün qarşıdurma NATO müttəfiqləri arasında birbaşa qarşıdurmaya çevrilə bilər. Halbuki Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi 32 müttəfiqin hamısının həmrəy razılığını tələb edir.
“ABŞ, şübhəsiz ki, Danimarkanın hər hansı yardım çağırışını rədd edəcək ki, bu da praktiki olaraq müqaviləni mənasız edəcək”, — məqalədə deyilir.
Məqalə müəllifləri vurğulayırlar ki, avropalılar Qrenlandiya məsələsinə görə ABŞ-la hərbi qarşıdurmaya getməyəcəklər. “Lakin belə bir münaqişənin təkcə ehtimalının özü ABŞ müttəfiqləri üçün Trampın xəttini izləməyin nə qədər çətinləşdiyini göstərir. Analitiklər hesab edirlər ki, bu, hətta transatlantik alyansın kəskin zəifləməsinə, bəlkə də tam süqutuna gətirib çıxara bilər”, - "The Washington Post" yazır.
Vaşinqtonun Qrenlandiya ilə bağlı yeni bəyanatları Avropada narahatlıq yaradıb. “Avropalılar üçün bu, təhdiddən çox, indi açıq Amerika gücü ilə möhkəmlənən, hüquq və sədaqət bağlarından daha çox güc, proses və məcburiyyətə, faydalılığa əsaslanan geriyə yönəlik dünya baxışı kimi səsləndi. Vəziyyət tammiqyaslı ekzistensial böhrana yaxınlaşır”, — deyə nəşr siyasi risklər üzrə ixtisaslaşmış Eurasia Groupun Avropa üzrə icraçı direktoru Müctəba Rahmandan sitat gətirir.