Ukraynada davam edən hərbi münaqişə yaxın altı ay ərzində başa çata bilər.
"PostMedia" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “İnterfaks-Ukrayna” nəşrinə açıqlamasında bildirib.
Zelenskinin sözlərinə görə, danışıqlar Avropa tərəfdaşları, ABŞ və “istəklilər koalisiyası”na daxil olan digər ölkələrlə birlikdə yeni mərhələyə keçib. O qeyd edib ki, mövcud diplomatik dinamika münaqişənin yaxın müddətdə başa çatması üçün real imkanlar yaradır.
“Biz anlayırıq ki, münaqişə sizin prezidentliyiniz dövründə başa çata bilər”, – deyə Zelenski Kiprin Avropa İttifaqı Şurasına sədrliyinin açılış mərasimində çıxışı zamanı bildirib.
Qeyd edək ki, Avropa İttifaqı Şurasına sədrliyi üzv ölkələr arasında hər altı aydan bir dəyişir. 2026-cı il yanvarın 1-dən etibarən Kipr bu vəzifəni Danimarkadan təhvil alıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bildirib ki, Ukraynada sülhün əldə olunması üçün münaqişənin əsas səbəbləri aradan qaldırılmalıdır.
İqtisadiyyat
İdman
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
