6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Zelenski Kiprə gedib

07-yanvar-2026, 12:12
Zelenski Kiprə gedib
Yazı Ölçüsü:

Ukrayna Prezidenti Volodimir Zelenski artıq Kiprə gəlib.

"PostMedia" xəbər verir ki, bu barədə "RBC-Ukrayna"ya Zelenskinin mətbuat katibi Sergey Nikiforova deyib.

Onun sözlərinə görə, dövlət başçısının burada bir sıra planlaşdırılmış görüşləri nəzərdə tutulub.

Nikiforovun sözlərinə görə, səfər çərçivəsində Zelenskinin Kipr Prezidenti Xristodulidis və Kipr arxiyepiskopu Georgi ilə görüşləri keçiriləcək.

Proqrama həmçinin Kipr Respublikasının Avropa İttifaqı Şurasına sədrliyinin açılış mərasimində iştirak, habelə Avropa İttifaqı Şurasının Prezidenti Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə görüşlər daxildir.

Dekabrın əvvəlində Ukrayna Prezidenti Volodimir Zelenski Kipr Prezidenti Nikos Xristodulidis ilə keçirdiyi birgə mətbuat konfransında bildirmişdi ki, 2026-cı ilin birinci yarısında Kipr Avropa İttifaqı Şurasına sədrliyi Danimarkadan təhvil alacaq.

Zelenskinin sözlərinə görə, Kiprin sədrliyi Ukrayna üçün xüsusi əhəmiyyət kəsb edə bilər, xüsusən də Aİ-yə üzvlüklə bağlı danışıqlar klasterlərinin açılması kontekstində.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031