N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Ukraynanın təhlükəsizlik qarantiyaları yaxın günlərdə imzalana bilər - Tusk

06-yanvar-2026
Amin Şükür
Ukraynanın təhlükəsizlik qarantiyaları yaxın günlərdə imzalana bilər - Tusk
Yazı Ölçüsü:
Polşanın Baş naziri Donald Tusk bildirib ki, Ukrayna üçün təhlükəsizlik qarantiyalarını nəzərdə tutan ABŞ-Avropa sənədləri yaxın günlərdə Vaşinqtonda imzalana bilər.
"PostMedia" xəbər verir ki, Tusk bu barədə bu gün Parisdə keçirilən "İstəklilər koalisiyası"nın iclasına yola düşməzdən əvvəl jurnalistlərə məlumat verib.
"Parisdə hər hansı bir qərarın qəbul ediləcəyini gözləməməliyik. İstisna deyil ki, ABŞ və Avropanın ortaq mövqeyini yekun olaraq təsdiqləyəcək sənədlər yaxın günlərdə imzalansın. Bu, Vaşinqtonda baş verə bilər", — deyə o qeyd edib.
Parisdə keçirilən yüksək səviyyəli görüşdə maraqlı məqam odur ki, tədbirdə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof və Cared Kuşner də iştirak edir.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski, Mar-a-Laqoda ABŞ prezidenti ilə görüşdən sonra, ABŞ və Ukrayna arasında təhlükəsizlik qarantiyalarının 100% razılaşdırıldığını iddia etmişdi. İkitərəfli danışıqlardan sonra Tramp və Zelenski avropalı liderlərlə telefonla danışıblar.
Kateqoriyalar