6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri deputatların tələbi ilə vəzifəsini tərk edir

05-yanvar-2026, 19:16
Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri deputatların tələbi ilə vəzifəsini tərk edir
Yazı Ölçüsü:
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri vəzifəsini tutan Vasili Malyuk istefa ərizəsi yazıb.
"PostMedia" xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko məlumat verib.
"Vasili Malyuk (Volodimir) Zelenskinin tələbi ilə istefa ərizəsi yazıb", – deyə Qonçarenko öz Telegram kanalında bildirib.
Deputatın ehtimalına görə, Təhlükəsizlik Xidmətinə müvəqqəti olaraq SBU-nun xüsusi əməliyyat mərkəzinin rəhbəri, general Yevgeni Xmara rəhbərlik edə bilər. Bundan əvvəl Zelenskinin Malyuka Milli Təhlükəsizlik və Müdafiə Şurasında (MTMŞ) və ya Xarici Kəşfiyyat Xidmətində vəzifə təklif edə biləcəyi xəbər verilmişdi.
Zelenski yanvarın 2-də bir sıra kadr dəyişiklikləri həyata keçirib.
Belə ki, o, rəqəmsal transformasiya naziri Mixail Fedorova Denis Şmıqalın əvəzinə Müdafiə naziri postunu tutmağı təklif edib.
Həmçinin Kirill Budanovun öz ofisinin rəhbəri (Prezident Ofisinin rəhbəri) təyin edilməsi barədə fərman imzalayıb.
Eyni zamanda Oleq İvaşenkonu isə Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri təyin edib.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031