6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Pezeşkiandan ABŞ-yə xəbərdarlıq: Təcavüz davam edərsə, cavabımız sərt olacaq

30-dekabr-2025, 20:41
Pezeşkiandan ABŞ-yə xəbərdarlıq: Təcavüz davam edərsə, cavabımız sərt olacaq
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Trampın son təhdidlərinə cavab olaraq, İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, növbəti təcavüz aktı baş verərsə, İslam Respublikası "düşməni etdiklərinə peşman edəcək".
"PostMedia" xəbər verir ki, Pezeşkian bu barədə özünün X hesabında qeyd edib.
"İran İslam Respublikasının istənilən zorakı təcavüzə cavabı sərt olacaq və düşməni etdiyi əmələ görə peşman edəcək".
Xatırladaq ki, bazar ertəsi günü ABŞ Prezidenti Donald Tramp, Tehranın nüvə proqramını bərpa etməyə cəhd göstərəcəyi təqdirdə İrana zərbələr endirməyə hazır olduğunu bəyan etmişdi.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930