Fransa prezidenti Emmanuel Makron Ukrayna mövzusu ilə bağlı yeni danışıqlar mərhələsinə start veriləcəyini bəyan edib.
"PostMedia" xəbə vei ki, o, bu barədə sosial şəbəkələrdə paylaşım edib.
Makron bildirib ki, axşam saatlarında bir neçə digər Avropa lideri ilə birlikdə Ukrayna və ABŞ prezidentləri ilə fikir mübadiləsində iştirak edib.
Fransa prezidentinin sözlərinə görə, təhlükəsizlik zəmanətləri məsələsində irəliləyiş əldə olunub və bu, ədalətli və uzunmüddətli sülhün qurulması üçün əsas açar olacaq. O qeyd edib ki, yanvarın əvvəlində “İradəlilər koalisiyası”na daxil olan ölkələr Parisdə bir araya gələcək. Görüşdə hər bir ölkənin konkret töhfəsi ilə bağlı razılaşmanın yekunlaşdırılması planlaşdırılır.
Makron vurğulayıb ki, məqsəd Ukrayna ətrafında dayanıqlı sülh mexanizmlərinin formalaşdırılmasıdır.