N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Ukrayna donları Putinin Novqoroddakı iqamətgahına hücum edib

29-dekabr-2025
Turan Hüseynli
Ukrayna donları Putinin Novqoroddakı iqamətgahına hücum edib
Yazı Ölçüsü:

Dekabrın 29-u gecə saatlarında Ukraynaya məxsus dronlar Novqorod vilayətində Rusiya Federasiyası Prezidentinin dövlət iqamətgahına uzaqmənzilli pilotsuz uçuş aparatları ilə hücum etməyə cəhd göstərib.

"PostMedia" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib. Onun sözlərinə görə, Rusiyanın cavab zərbəsinin hədəfləri və vaxtı artıq müəyyən edilib.

Lavrovun bildirdiyinə görə, 28-dən 29 dekabr 2025-ci il gecəsi Kiyev rejimi 91 ədəd uzaqmənzilli zərbə PUA-sından istifadə etməklə Rusiya Prezidentinin Novqorod vilayətində yerləşən dövlət iqamətgahına terror aktı həyata keçirməyə cəhd edib.

Nazirin sözlərinə əsasən, bütün dronlar HHM vasitələri ilə məhv edilib, zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.

Lavrov qeyd edib ki, dövlət iqamətgahına hücum Moskva ilə Vaşinqton arasında Ukrayna münaqişəsinin nizamlanması üzrə intensiv danışıqların getdiyi bir vaxtda baş verib.

“Bununla belə, biz ABŞ ilə danışıqlar prosesindən çıxmaq niyyətində deyilik. Ancaq cinayətkar Kiyev rejiminin dövlət terrorizmi siyasətinə keçməsini nəzərə alaraq, Rusiyanın danışıqlar mövqeyi yenidən nəzərdən keçiriləcək”, – deyə XİN rəhbəri vurğulayıb.

O əlavə edib ki, Kiyev rejiminin bu cür düşünülməmiş addımları cavabsız qalmayacaq.

“Rusiya Silahlı Qüvvələrinin cavab zərbələri üçün hədəflər və onların endiriləcəyi vaxt müəyyən edilib”, – deyə Lavrov yekunlaşdırıb.

Kateqoriyalar