N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp Venesuela neft blokadasını iki ay müddətində davam etdirməyi əmr edib

25-dekabr-2025
Türkan Nəbi
Tramp Venesuela neft blokadasını iki ay müddətində davam etdirməyi əmr edib
Yazı Ölçüsü:

Ağ Ev ABŞ Silahlı Qüvvələrinə qarşıdakı iki ay ərzində Venesuela neftinin “karantini”nə (təcridinə) diqqət yetirməyi əmr edib.

"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" məlumatlı mənbəyə istinadən xəbər verib. Mənbənin sözlərinə görə, Vaşinqton Karakasa qarşı iqtisadi təzyiq göstərmək, o cümlədən sanksiyalar vasitəsilə təsir etmək qərarına gəlib, lakin hərbi variantlar “hələ də gündəmdədir”. Onun fikrincə, ABŞ-yə ciddi güzəştlərə razılaşmadığı təqdirdə, Venesuela yanvarın sonunadək iqtisadi fəlakətlə üzləşə bilər.

Dekabrın ortalarında ABŞ Prezidenti Donald Tramp sanksiyalar altında olan və Venesuelaya gedən və ya oradan çıxan bütün neft tankerlərinin blokadasını elan edib. O, ölkə “nefti, torpağı və oğurlanmış digər aktivləri” qaytarmayana qədər Latın Amerikası ölkəsi ətrafında hərbi qruplaşmanı artırmaqla hədələyib. Bundan sonra ABŞ hərbçiləri Venesuela sahilləri yaxınlığında Skipper və Centuries adlı iki neft tankerini ələ keçiriblər. Üçüncü gəmi — Bella 1-in heyəti amerikalı hərbçilərin abordajına imkan verməyib, lakin onun təqibi davam edir. Tramp bildirib ki, ABŞ ələ keçirilən tankerlərdən əldə olunan nefti özündə saxlayacaq: “Ola bilsin, onu sataq. Ola bilsin, strateji ehtiyatlarda istifadə edək. Neft bizimdir. Gəmilər də.”

ABŞ-ın bu addımlarına cavab olaraq Venesuela neft tankerlərini limanlarından hərbi-dəniz qüvvələrinin müşayiəti ilə çıxarmağa başlayıb. The New York Times yazır ki, bu, ABŞ və Venesuela arasında hərbi toqquşma riskini artırır. Neft blokadası elan edilməzdən əvvəl Tramp Venesuela prezidenti Nikolas Maduronu ABŞ-a narkotik qaçaqmalçılığında və Amerika şirkətlərindən neft oğurlamaqda ittiham edib. Noyabrda baş tutan qısa telefon danışığında Tramp Maduraya ailəsi ilə birlikdə ölkəni təhlükəsiz şəkildə tərk etməyi təklif edib və bunun üçün bir həftə vaxt verib. Vaxt bitdikdən sonra Tramp “Venesuelanın səmasını bağladığını” və Maduronun hakimiyyətinin tezliklə sona çatacağını bəyan edib. Maduronun sözlərinə görə isə Vaşinqton ölkədə rejimi dəyişməyə cəhd edir; o, buna imkan verməyəcəyini və Venesuelanın suverenliyini və resurslarını qoruyacağını bildirib.

Kateqoriyalar