6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp "New York Times"ı milli təhlükəsizliyə təhdid adlandırıb və yalançılıqda ittiham edib

23-dekabr-2025, 11:28
Tramp "New York Times"ı milli təhlükəsizliyə təhdid adlandırıb və yalançılıqda ittiham edib
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp "New York Times" qəzetini yalan məlumat yaymaqda ittiham edərək, onu milli təhlükəsizliyə təhdid adlandırıb.
"PostMedia" xəbər verir ki, bu barədə o, özünə məxsus Truth Social sosial şəbəkəsində yazıb.
"Uğursuz 'New York Times' və onların yalanları, habelə qəsdən təhrifləri ölkəmizin milli təhlükəsizliyi üçün ciddi təhlükə yaradır", — deyə Tramp əlavə edib.
Amerika lideri nəşri "radikal solçu dəlilikdə" günahlandırıb. O vurğulayıb ki, qəzetin həqiqəti təhrif edən məqalələrinə son qoyulmalıdır.
"O, xalqın əsl düşmənidir", — deyə Tramp qeyd edib.
Qeyd edək ki, Tramp noyabrın sonunda qəzetin onun sağlamlıq vəziyyəti barədə reportaj dərc etməsindən sonra da nəşri "xalqın düşməni" adlandırmışdı.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031