N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp 48 ABŞ səfirini geri çağırıb

22-dekabr-2025
Turan Hüseynli
Tramp 48 ABŞ səfirini geri çağırıb
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Trampın administrasiyası Afrika, Asiya, Şərqi Avropa, eləcə də Mərkəzi və Cənubi Amerikanın müxtəlif ölkələrində fəaliyyət göstərən 48 amerikalı səfirin geri çağırılması barədə qərar qəbul edib.
"PostMedia" xəbər verir ki, bu barədə "New York Post" nəşri ABŞ Dövlət Departamentindəki yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, kadr qərarlarının rəsmi səbəbləri açıqlanmayıb. Bununla belə, rotasiyaya düşən diplomatlar diplomatik xidmət əməkdaşı statusunu saxlayacaqlar. Onların Vaşinqtona qayıtdıqdan sonra yeni vəzifələrə təyin olunacağı planlaşdırılır.
Nəşrin mənbəsi bildirib ki, bu cür addımlar yeni administrasiyalar üçün standart təcrübə hesab olunur. Onun sözlərinə görə, səfirlər prezidentin şəxsi nümayəndələridir və dövlət başçısı xaricdə onu “Amerika hər şeydən əvvəl” siyasətini dəstəkləyən və təşviq edən diplomatların təmsil etməsini təmin etmək hüququna malikdir.
Xatırladaq ki, bundan əvvəl də Tramp administrasiyasının rəhbər vəzifələrdə çalışan təxminən 30 diplomatı geri çağırmaq qərarı verdiyi bildirilmişdi. Onlara yanvar ayında tutduqları vəzifələrdə xidmət müddətinin başa çatması ilə bağlı bildirişlər göndərilib.
Kateqoriyalar