Rusiya NATO və Aİ ölkələrinə hücum etmək niyyətində deyil.
"PostMedia" xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Sergey Ryabkov "Valday" beynəlxalq müzakirə klubunun "(Qeyri-)strateji sabitlik 2025: beynəlxalq təhlükəsizliyin bir illik yekunları" mövzusunda keçirilən müzakirə zamanı bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası ona aid edilən aqressiv məqsədləri güdmür.
Diplomat həmçinin Rusiya Prezidenti Vladimir Putinin bəyanatına diqqət çəkib. Putin bildirib ki, Moskva "hətta bunu hazırkı böhranın potensial həlli kontekstində, bərabər və bölünməz təhlükəsizlik prinsipinə əsaslanaraq hüquqi cəhətdən təsbit etməyə hazırdır".
Dekabrın 11-də Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan etmişdi ki, Rusiya Aİ və NATO ölkələrinə qarşı aqressiv planlarının olmadığını yazılı şəkildə təsdiqləməyə hazırdır. O qeyd edib ki, Rusiya Aİ və NATO-ya hücum etmək niyyətində olmadığına dair zəmanətləri hüquqi sənəddə təsbit etməyə hazırdır. Eyni zamanda, nazir vurğulayıb ki, bu, kollektiv və qarşılıqlı əsaslarla edilməlidir.