N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Estoniya Rusiya sərhədçilərinin ölkə sərhədini pozduğunu bəyan edib

19-dekabr-2025
Türkan Nəbi
Estoniya Rusiya sərhədçilərinin ölkə sərhədini pozduğunu bəyan edib
Yazı Ölçüsü:
Dekabrın 18-də Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini çağıraraq, dekabrın 17-də iki ölkə arasındakı müvəqqəti nəzarət xəttinin qanunsuz keçilməsi ilə bağlı etiraz notası təqdim edib.
"PostMedia" xəbər verir ki, pozuntu Narva çayı üzərində, Vasknarva kəndi yaxınlığındakı körfəz ərazisində baş verib. Nazirliyin saytında yerləşdirilən bəyanatda qeyd olunur ki, Rusiya sərhədçiləri icazəsiz olaraq Estoniya ərazisində tapılıblar.
Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna ərazidə nəzarətin gücləndirildiyini və Tallinin buna reaksiya verməyə hazır olduğunu bildirib. "Rusiyanın sərhədləri yoxlamaq cəhdlərinə ən yaxşı cavab Ukraynaya davamlı dəstək və Rusiyaya qarşı siyasi-iqtisadi təzyiqin artırılmasıdır", — deyə nazir əlavə edib.
Estoniya hakimiyyətinin məlumatına görə, dekabrın 17-də üç Rusiya sərhədçisi ölkə sərhədini qanunsuz keçib. Məlumata görə, onlar hava yolu ilə gəlib (helikopter nəzərdə tutula bilər), körfəz boyu piyada gəzib, sonra isə öz avtomobillərinə qayıdaraq yenidən sərhədi keçiblər. Media xəbərlərinə əsasən, sərhədçilər Estoniya ərazisində təxminən 20 dəqiqə qalıblar. Bununla bağlı əvvəlcədən heç bir xəbərdarlıq edilməyib.
DPA xəbər agentliyi qeyd edib ki, Estoniya tərəfində hadisənin videogörüntüləri mövcuddur.
Estoniyanın daxili işlər naziri İqor Taro Rusiya sərhədçilərinin bu hərəkətlərinin motivlərinin qaranlıq qaldığını bildirib. "Təhlükəsizliyə birbaşa təhdid yox idi, lakin polis və sərhədçilər ərazidəki iştirakını və patrul xidmətini xeyli artırıblar", — deyə Taro cümə axşamı Estoniya televiziyasında çıxışı zamanı deyib.
Kateqoriyalar