N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Macarıstan və Slovakiya Aİ sammitinin Ukrayna ilə bağlı yekun sənədini imzalamayıblar

19-dekabr-2025
Turan Hüseynli
Macarıstan və Slovakiya Aİ sammitinin Ukrayna ilə bağlı yekun sənədini imzalamayıblar
Yazı Ölçüsü:
Macarıstan və Slovakiya dekabrın 19-na keçən gecə təsdiqlənmiş Avropa Şurasının dekabr iclasının yekun nəticələrini imzalamayıblar.
Həmin sənədə Ukraynaya 2026-2027-ci illər üçün Aİ-yə üzv dövlətlərin birgə kreditləşməsi əsasında 90 milyard avro kreditin verilməsi qərarı daxil idi.
"PostMedia" xəbər veri ki, bu barədə "Evropeyskaya Pravda"nın müxbirinə bir neçə Aİ diplomatı məlumat verib.
"İki ölkə — Macarıstan və Slovakiya — Avropa Şurasının Ukrayna ilə bağlı yekun nəticələrini imzalamayıb", — deyə mənbələrdən biri bildirib.
Qeyd etmək lazımdır ki, Macarıstan və Slovakiya kimi, Çexiya da 2026-2027-ci illərdə Ukraynaya veriləcək 90 milyard avroluq maliyyə dəstəyi üzrə öhdəliklərdən azad edilib. Lakin Macarıstan və Slovakiyadan fərqli olaraq, Çexiya digər 25 ölkə ilə birlikdə qərarın kreditin detallarına aid olan hissəsini imzalayıb.
Xatırladaq ki, Macarıstan Aİ-nin "müharibəni dəstəkləyən" siyasətinə etiraz edərək 2025-ci il ərzində Ukrayna ilə bağlı Avropa Şurasının heç bir yekun sənədinə imza atmayıb.
Slovakiya isə ilk dəfədir ki, Aİ liderləri sammitinin yekun sənədinin Ukrayna ilə bağlı hissəsinə öz narazılığını ifadə edib.
Kateqoriyalar