N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Putin Zelenskinin Kupyanısk girişində video çəkdirdiyinə şübhə ilə yanaşır

19-dekabr-2025
Türkan Nəbi
Putin Zelenskinin Kupyanısk girişində video çəkdirdiyinə şübhə ilə yanaşır
Yazı Ölçüsü:
Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin videonu həqiqətən Kupyanısk şəhərinin girişindəki stelanın (xatirə daşı) yanında çəkdirdiyinə şübhə etdiyini bildirib.
"PostMedia" xəbər verir ki, o, bunu bu gün canlı yayım zamanı bildirib.
"O, aktyordur, həm də istedadlı aktyordur. Bunu heç bir istehza olmadan deyirəm. Biz bunu hələ keçmiş zamanlardan, onun filmlərindən də bilirik. Ona görə də burada qeyri-adi bir şey yoxdur. Deyirlər ki, həmin stela (Kupyanıskın girişindəki) indi tamamilə fərqli görünür.
"Amma məsələ bunda deyil. O stela şəhərdən təxminən bir neçə kilometr kənarda yerləşir. Yaxşı, niyə elə astanada dayanırsan? Əgər Kupyanısk artıq onların nəzarətindədirsə, evin içinə gir", — deyə o qeyd edib.
"Orada göy üzü sanki "milçəklərlə" — həm bizim, həm də Ukrayna tərəfinin pilotsuz uçuş aparatları (PUA) ilə doludur. Belə bir vəziyyətdə oraya bu qədər yaxınlaşmaq qeyri-mümkündür", — deyə Putin əlavə edib.
Kateqoriyalar