"Oreşnik" raket sistemi Belarusda döyüş növbətçiliyinə başlayır – Lukaşenko
18-dekabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
"Oreşnik" raket sistemi Belarusda döyüş növbətçiliyinə başlayır.
"PostMedia" "Belta" agentliyinə istinadən xıbır verir ki, bunu ölkə Prezidenti Aleksandr Lukaşenko Belarus xalqına və parlamentinə müraciətində bəyan edib.
"Bizim hərbi əməkdaşlığımız, əsasən də Rusiya Federasiyası ilə, həm də strateji müdafiəni təmin edir. Belarus və Rusiya bir sıra strateji çəkindirmə tədbirləri həyata keçirirlər. Bura bizim ərazimizdə Regional Qoşun Qruplaşmasının Rusiya komponentinin yerləşdirilməsi də daxildir. Münaqişə kəskinləşəcəyi təqdirdə, Rusiyanın qərbindən gələn bir neçə on minlik şəxsi heyətdən ibarət silahlı qüvvələr dərhal ikinci eşelon kimi hərbi əməliyyatlara qoşulacaq", - deyə Lukaşenko qeyd edib.
O, Belarusda taktiki nüvə silahının da yerləşdirildiyini xatırladıb.
"Bundan əlavə, "Oreşnik" raket sistemi üçün ilk mövqelər hazırlanıb. O, dünəndən bizdədir və döyüş növbətçiliyinə daxil olur", - deyə Belarus Prezidenti bildirib.
Aleksandr Lukaşenko Belarusda belə güclü silahın yerləşdirilməsinin zəruriliyini şübhə altına alanların tənqidlərinə cavab verərək bildirib ki, bəziləri bu silahın hücum edən tərəfin əsas hədəfi olacağını və ölkənin indi nişangahda qalacağını deyirlər.
Belarus rəhbəri: "Bu söhbətlərə uymayın", - deyə çağırış edib.
O, Belarusda Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə paralellər aparıb. Başlanğıcda bu qərar həm ölkə daxilində, həm də ən yaxın qonşular tərəfindən tənqid olunurdu. İndi isə Litva da öz şəxsi atom stansiyası ilə maraqlanır, Polşa isə iki nüvə obyekti əldə etməyi planlaşdırır. Almaniya və Fransa öz atom stansiyalarını tamamilə yenidən işə salıblar.
"Ona görə də nüvə silahı və bu obyektlərə hücum ediləcəyi barədə söhbətlərə uymayın. Əgər bizə qarşı vuruşsalar, nə olacaq? Yoxsa elə bilirsiniz başımızı sığallayacaqlar? Onlar bizə zərbələr endirəcəklər. Və dedikləri kimi, 'qərar qəbuletmə mərkəzlərinə' zərbələr endirəcəklər. Buna görə də biz müharibənin qarşısını almaq üçün hər şeyi edirik", - deyə Lukaşenko vurğulayıb.