6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Paşinyan "Rusiya Dəmir Yolları"na Türkiyə və Azərbaycanla dəmir yolu qovşaqlarını bərpa etməyi tapşırıb

18-dekabr-2025, 14:50
Paşinyan "Rusiya Dəmir Yolları"na Türkiyə və Azərbaycanla dəmir yolu qovşaqlarını bərpa etməyi tapşırıb
Yazı Ölçüsü:

Ermənistanın Baş naziri Nikol Paşinyan "Cənubi Qafqaz Dəmir Yolu" şirkətinə Türkiyə və Azərbaycan istiqamətlərindəki sərhəd dəmir yolu sahələrini təcili şəkildə bərpa etməyi tapşırıb.

"PostMedia" xəbər verir ki, bu barədə o, hökumətin iclasından sonrakı brifinqdə məlumat verib.

Hökumət başçısının sözlərinə görə, tapşırıq Yerasxdan Azərbaycan (Naxçıvan) sərhədinə qədər olan hissəyə və Axurikdən Türkiyə sərhədinə qədər olan sahəyə aiddir.

"Gələcəkdə, yəqin ki, İcevan - Qazax sahəsi ilə bağlı da oxşar məsələni qaldıracağam, çünki onun tezliklə bərpa olunmasına ehtiyac var", — deyə Paşinyan qeyd edib.

O, rusiyalı tərəfdaşların ən qısa zamanda bu tapşırığın icrasına başlayacaqlarına ümid etdiyini bildirib.

Bundan əvvəl hökumətin iclasında Baş nazir həmçinin ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan qeyd olunan stansiyaların ətrafında terminalların və digər infrastruktur obyektlərinin tikintisi üçün boş ərazilərin olub-olmaması məsələsini araşdırmağı tapşırıb.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930