6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Cəmiyyət

Ermənistan Təhlükəsizlik Şurasının katibi Yerevanda səfərdə olan azərbaycanlılarla görüşüb

22-oktyabr-2025
Ermənistan Təhlükəsizlik Şurasının katibi Yerevanda səfərdə olan azərbaycanlılarla görüşüb
Yazı Ölçüsü:

Oktyabrın 22-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Yerevanda keçirilən Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi ikitərəfli dəyirmi masa müzakirəsinin iştirakçıları ilə görüşüb.

PostMedia” xəbər verir ki, bu barədə məlumatı Təhlükəsizlik Şurasının ofisi yayıb.

Armen Qriqoryan Ermənistan–Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində belə formatlı görüşlərin keçirilməsini yüksək qiymətləndirib.

O, qeyd edib ki, bu cür təşəbbüslər xalq diplomatiyasının inkişafına və insanlar arasında qarşılıqlı əlaqələrin qurulmasına müsbət təsir göstərir.

Qriqoryanın sözlərinə görə, cəmiyyətin müxtəlif təbəqələrinin bu proseslərə cəlb olunması sülhün möhkəmlənməsinə xidmət edir.

Vətəndaş cəmiyyəti nümayəndələri öz növbəsində tədbirin təşkili və yaradılan müsbət mühit üçün Ermənistan tərəfinə təşəkkür ediblər. Onlar belə görüşlərin davamlılığının vacibliyini, qarşılıqlı etimad və əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyini vurğulayıblar.

Görüşün ikinci hissəsində Armen Qriqoryan iştirakçıların suallarını cavablandırıb.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031