6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Cəmiyyət

Nazir Rəşad Nəbiyev Aİ-nin Genişlənmə üzrə komissarı Marta Kos ilə görüşüb

10-oktyabr-2025, 22:33
Nazir Rəşad Nəbiyev Aİ-nin Genişlənmə üzrə komissarı Marta Kos ilə görüşüb
Yazı Ölçüsü:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Brüsseldə Avropa İttifaqının (Aİ) Genişlənmə üzrə komissarı Marta Kos ilə görüşüb.

"PostMedia" bu barədə Nazirliyə istinadən xəbər verir.

Görüşdə Zəngəzur dəhlizinin gələcək perspektivləri, eləcə də Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafına Aİ-nin mümkün dəstəyi müzakirə edilib. Nazir Rəşad Nəbiyev Azərbaycan tərəfindən bu istiqamətdə həyata keçirilən strateji əhəmiyyətli layihələr barədə ətraflı məlumat verib.

Həmçinin həmin layihələrdə Aİ-nin potensial iştirak imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüş zamanı nəqliyyat, rəqəmsallaşma, innovasiyalar və İKT sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri də diqqət mərkəzində olub.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930