6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Cəmiyyət

Azərbaycan Müdafiə Nazirliyi məlumat yaydı – yararsız döyüş sursatları məhv ediləcək

06-oktyabr-2025, 11:35
Azərbaycan Müdafiə Nazirliyi məlumat yaydı – yararsız döyüş sursatları məhv ediləcək
Yazı Ölçüsü:

Oktyabrın 6-10-da istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirǝkǝəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

“PostMedia” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031