N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Cəmiyyət

Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya edib

24-sentyabr-2025
Türkan Nəbi
Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya edib
Yazı Ölçüsü:
Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya edib.
"PostMedia" xəber verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları Azərbaycan vətəndaşlarının da olduğu 20 nəfər xarici vətəndaşı deportasiya edib. Bu barədə qurumun mətbuat xidməti məlumatı yayıb.
DİN-in məlumatına görə, son günlər keçirilən tədbirlər nəticəsində Azərbaycandan, Hindistandan, İrandan, Nigeriyadan, Rusiyadan, Türkiyədən, Türkmənistandan, Pakistandan və Tailanddan olan vətəndaşlar ölkədən çıxarılıb. Deportasiya olunmuş şəxslərin respublikaya girişinə qadağa qoyulub.
Qeyd edək ki, son vaxtlar Gürcüstanda qeyri-leqal miqrantlara qarşı fəal mübarizə aparılır. Ölkə parlamenti miqrasiya qanunvericiliyini sərtləşdirib, deportasiya və miqrantların axtarışı prosedurlarını sadələşdirib. Gürcüstan DİN hər ay onlarla xarici vətəndaşın ölkədən çıxarıldığını açıqlayır.
Kateqoriyalar