6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Cəmiyyət

Medianın İnkişafı Agentliyinin xarici KİV-lərdə yayılan dezinformasiyalarla bağlı açıqlaması

23-sentyabr-2025, 21:30
Medianın İnkişafı Agentliyinin xarici KİV-lərdə yayılan dezinformasiyalarla bağlı açıqlaması
Yazı Ölçüsü:

Son dövrlər bir sıra xarici ölkələrin informasiya resurslarında və sosial media seqmentlərində Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyasının başlanması müşahidə olunur.
“PostMedia” xəbər verir ki, bu Medianın İnkişafı Agentliyinin xarici KİV-lərdə yayılan dezinformasiyalarla bağlı açıqlamasında qeyd edilir:
Yayılan məlumatların bir qismində guya Azərbaycanın üçüncü ölkə vasitəsilə Ukraynanı silahlandırmasına dair saxta xəbər, digər qismində isə Azərbaycanın İsrailə görə Avroviziya Mahnı Müsabiqəsində iştirakdan imtinası ilə bağlı həqiqəti əks etdirməyən iddialar yer almışdır.
Azərbaycana qarşı dezinformasiya yayan yuxarıda qeyd olunmuş media resurslarının saxta xəbərlərinin təsiri altında Türkiyə mediasında və sosial media seqmentində bu kimi materialların yenidən tirajlanması dərin təəssüf hissi doğurur.

Beynəlxalq ictimaiyyəti, media resurslarını, jurnalistləri və ictimai fəalları bu kimi dezinformasiya və saxta xəbərlərə inanmamağa çağırır, belə hallara qarşı prinsipiallıq, sayıqlıq nümayiş etdirməyə səsləyirik.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031