6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Cəmiyyət

Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı

23-sentyabr-2025, 14:22
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
Yazı Ölçüsü:
SOCAR İnvestisiya departamentinin sabiq rəhbər müavini, həbsdə olan iş adamı Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”da tutduğu vəzifədən çıxarılıb.
Qeyd edək ki, Şaiq Mirzəyevin həmin qurumda Hüquq, kadrlar və sənədlərlə iş departamentinin müdiri vəzifəsini tutması haqda məlumatı hüquqşünas Əkrəm Həsənov sosial şəbəkədə ictimailəşdirib. O bunu qanunsuzluq kimi qiymətləndirərək, Baş prokurora, DİN-ə, DTX-ya və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə müraciət edib.
“Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nin mətbuat katibi Fidan Seyidşahqızı məlumat ictimailəşəndən sonra Modern.az-a Şaiq Mirzəyevin həmin vəzifədən çıxarıldığını bildirib:
“Adı çəkilən şəxs hazırda Milli Observatoriyanın əməkdaşı deyil, onunla əmək müqaviləsinə xitam verilmişdir”.
Lakin mətbuat katibi yalnız bu gün adı qurumun saytından çıxarılan Ş.Mirzəyevin nə zaman vəzifədən azad olunduğuna aydınlıq gətirməyib.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031