6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Cəmiyyət

İsa Həbibbəylinin qızı işdən çıxarıldı

25-avqust-2025, 17:20
İsa Həbibbəylinin qızı işdən çıxarıldı
Yazı Ölçüsü:
Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu Günay Mənsimova vəzifəsindən azad edilib.
"PostMedia" Ajans.az-a istinadən xəbər verir ki, Günay Mənsimova Xırdalan şəhər 2 saylı Notariat Kontorunun rəisi olub.
Ədliyyə Nazirliyindən bildirilib ki, Günay Mənsimovanın notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün verilən şəhadətnamənin müddəti 2025-ci ilin avqust ayında bitib. Əlavə olaraq da, deyilib ki, Günay Mənsimovanın şəhadətnaməsinin müddəti növbəti dövr üçün uzadılmayıb.
Qeyd edək ki, Günay Mənsimova akademik, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin qızıdır.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031