6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Cəmiyyət

Fərid Əhmədov Prezidentin təsdiqlədiyi “Xüsusi icra məmurları haqqında” Qanunu şərh etdi

14-avqust-2025, 15:24
Fərid Əhmədov Prezidentin təsdiqlədiyi “Xüsusi icra məmurları haqqında” Qanunu şərh etdi
Yazı Ölçüsü:
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dünən “Xüsusi icra məmurları haqqında” Qanun təsdiq edilib.
Yeni Qanuna əsasən, ölkəmizdə icra sahəsində qarışıq model tətbiq olunacaq.
"PostMedia" xəbər verir ki, bunu Azərbaycan ədliyyə naziri Fərid Əhmədov özünün sosial şəbəkə hesabında qeyd edib.
Nazir əlavə edib ki, yeni Qanun mühüm əhəmiyyətə malikdir:
"Məhkəmə və digər orqanların qərarlarının icrasının həm dövlət, həm də xüsusi icra məmurları tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.
Xüsusi icra məmurları məcburi icra orqanı statusuna malik olacaqlar.
Ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları müsabiqə, icbari təlim və staj mərhələlərindən keçərək, şəhadətnamə və xidməti vəsiqə alacaq, and içərək xüsusi icra məmuru kimi fəaliyyətə başlayacaqlar.
Müstəqil şəkildə fəaliyyət göstərən bu şəxslər yalnız qanuna tabe olacaq və göstərdikləri xidmətlərdən əldə etdikləri vəsaitlə maliyyələşəcəklər. Onlar həmçinin Xüsusi İcra Məmurlarının Palatasında birləşərək, onun daxili qaydalarına əməl edəcəklər.
Qanunun tətbiqi ilə icra proseslərinin sürətlənməsi, vətəndaş məmnunluğunun artırılması, yeni iş yerlərinin yaradılması, dövlət aparatının tədricən optimallaşması və yeni peşə mühitinin formalaşdırılması hədəflənir.
Xüsusi icra institutunun tətbiqinə 2026-cı ildən başlanılması nəzərdə tutulur".
]
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031