6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

---

"Report" İnformasiya Agentliyinin 11 yaşı tamam olur

27-oktyabr-2025
"Report" İnformasiya Agentliyinin 11 yaşı tamam olur
Yazı Ölçüsü:

Bu gün “Report” İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 11 il keçir.

"PostMedia" xəbər verir ki, Azərbaycan, rus və ingilis dillərində yayımlanan “Report” son 11 il ərzində ölkədə və dünyada baş verən ən mühüm siyasi, iqtisadi, ictimai, idman və mədəni hadisələri operativ şəkildə çatdıraraq geniş oxucu kütləsinin rəğbətini qazanıb.

Fəaliyyət göstərdiyi müddətdə digər media qurumları üçün etibarlı xəbər mənbəyi kimi formalaşan agentliyin materialları ölkədə fəaliyyət göstərən televiziya kanalları, radiolar, qəzetlər və xəbər saytları tərəfindən mütəmadi olaraq istinad edilir. Bununla yanaşı, “Report”un rus və ingilis dilində yayımlanan xəbərləri nüfuzlu beynəlxalq KİV-lərin də diqqətində olub.

“PostMedia” olaraq bu əlamətdar münasibətlə “Report” komandasını təbrik edir, gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031