N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

---

ÜST: Dünyada 100 milyondan çox insan veyp çəkir, onlardan 15 milyonu yeniyetmədir

06-oktyabr-2025
Admin
ÜST: Dünyada 100 milyondan çox insan veyp çəkir, onlardan 15 milyonu yeniyetmədir
Yazı Ölçüsü:
Dünyada 100 milyondan çox insan elektron siqaret — veyp istifadə edir, onların ən azı 15 milyonu 13–15 yaşlı yeniyetmələrdir.
"postMedia" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2000–2024-cü illəri əhatə edən tütün istehlakı tendensiyalarına dair yeni hesabatında bildirilir.
Hesabata əsasən, 86 milyon nəfər yetkin müntəzəm olaraq veyp çəkir və onların əksəriyyəti yüksək gəlirli ölkələrdə yaşayır.
ÜST-nin sağlamlığa təsir edən amillər və profilaktika departamentinin direktoru Etyen Kruq qeyd edib ki, elektron siqaretlər “nikotin asılılığının yeni dalğasını qidalandırır”.
Onun sözlərinə görə, veyplər siqareti tərgitmək vasitəsi kimi təqdim olunsa da, əksinə, gəncləri daha erkən yaşda nikotin asılılığına alışdırır.
Araşdırmada vurğulanır ki, qadınlar kişilərə nisbətən siqareti tərgitməyə daha meyllidirlər. Qadınlar tütün istifadəsinin azaldılması üzrə qlobal məqsədə 2025-ci ildən beş il əvvəl, yəni 2020-ci ildə 30%-lik göstəriciyə çataraq, artıq nail olublar.
ÜST bütün ölkələrin hökumətlərini siqaret və veyp istifadəsinə qarşı mübarizəni gücləndirməyə çağırıb.
Kateqoriyalar