6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

---

Çin liderinin ABŞ səfəri başa çatıb, Tramp Çinə gedəcəyini vəd edib

27-sentyabr-2026, 23:48
Çin liderinin ABŞ səfəri başa çatıb, Tramp Çinə gedəcəyini vəd edib
Yazı Ölçüsü:

Çin lideri Si Cinpinin ABŞ-yə üçgünlük səfəri başa çatıb.

"PostMedia" xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Çin Xalq Respublikasının sədri Si Cinpinin Vaşinqtona səfərinin son günü başa çatıb. Səfər çərçivəsində o, ABŞ Prezidenti Donald Trampla görüşüb.

Səhər saatlarında tərəflər "Ağ Ev"də görüşərək çay süfrəsi arxasında söhbət ediblər. Daha sonra onlar ABŞ-Çin münasibətləri üçün mühüm əhəmiyyət daşıyan tarixi qeydlər və sənədlərlə tanış olmaq üçün Milli Arxivə baş çəkiblər.

Dövlət səfərinin son günündə Çin lideri ABŞ Prezidenti ilə yeni görüşlərin planlaşdırıldığını təsdiqləyib.

Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp noyabr ayında Çinə səfər edəcəyinə söz verib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031