6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

---

Ermənistan Gürcüstan bankını almaq istəyir

25-avqust-2026, 10:56
Ermənistan Gürcüstan bankını almaq istəyir
Yazı Ölçüsü:

Ermənistanın ən iri banklarından biri olan “Ardshinbank” Gürcüstanın “TeraBank” bankının alınmasında maraqlıdır.

"PostMedia" xəbər verir ki, bu barədə BMG-yə Gürcüstan Milli Bankının mətbuat xidmətindən məlumat verilib.

Daha əvvəl “TV Pirveli” telekanalı erməni iş adamı Karen Safaryanın biznes qrupu olan “Arins Group”un Gürcüstanda “TeraBank”ı, eləcə də Rustaveli prospektində yerləşən “Biltmore” hotelini almağı planlaşdırdığını bildirmişdi. Hazırda bu aktivlərin Birləşmiş Ərəb Əmirliklərinin kral ailəsinin üzvü Şeyx Nahyan Mübarək Əl Nəhyana məxsus olduğu qeyd edilir.

BMG məsələ ilə bağlı Gürcüstan Milli Bankına müraciət edib. Tənzimləyici qurumdan bildirilib ki, “Ardshinbank”ın “TeraBank”a maraq göstərməsi barədə məlumatlıdırlar, lakin bu mərhələdə bank rəsmi şəkildə tənzimləyiciyə müraciət etməyib.

“Gürcüstan Milli Bankı Ermənistanın ən iri banklarından biri olan “Ardshinbank”ın “TeraBank” ASC-yə maraq göstərməsi barədə məlumatlıdır. Lakin bu mərhələdə şirkət rəsmi şəkildə tənzimləyiciyə müraciət etməyib. Xatırladırıq ki, ‘Kommersiya bankları haqqında’ qanuna əsasən, bankda mühüm iştirak payının özgəninkiləşdirilməsi üçün Gürcüstan Milli Bankının razılığı tələb olunur. Müvafiq olaraq, Milli Bank öz mandatı çərçivəsində məsələni araşdıracaq və qüvvədə olan qanunvericiliyə uyğun qərar qəbul edəcək”, - Gürcüstan Milli Bankının mətbuat xidmətindən bildirilib.

“TeraBank” aktivlərinin həcminə görə Gürcüstanın altıncı ən böyük bankıdır. 2026-cı ilin iyul ayına olan məlumata görə, bankın ümumi aktivləri 2,27 milyard lari, kredit portfeli isə 1,72 milyard lari təşkil edib.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31