6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

---

Paşinyan: "Azərbaycanlı mütəxəssislərin səfərləri sensasiya deyil"

13-avqust-2026, 13:35
Paşinyan: "Azərbaycanlı mütəxəssislərin səfərləri sensasiya deyil"
Yazı Ölçüsü:

Azərbaycanlı mütəxəssislərin səfərləri elektrik ötürücü xətləri və dəmir yolu ilə bağlı daha əvvəl elan edilmiş işgüzar görüşlər çərçivəsində baş tutub. Ermənistan tərəfi kommunikasiyalar məsələsi üzrə ikitərəfli iş aparır və gələcəkdə Azərbaycanla enerji sahəsində ticarət tərəfdaşlığını da istisna etmir.

PostMedia” xəbər verir ki, Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 13-də keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, 2025-ci il sentyabrın 5-də və 2026-cı il yanvarın 15-də keçirilmiş ikitərəfli görüşlərin detalları mətbuatda rəsmi şəkildə açıqlanıb. Görüşlər zamanı elektrik ötürücü xətlərin, boru kəmərlərinin və kabellərin çəkilməsi, həmçinin dəmir yolu əlaqəsinin bərpası məsələləri müzakirə edilib.

“Biz bu mövzular üzərində işləyirik, ikitərəfli iş prosesi gedir. Enerji sahəsinə gəlincə, Ermənistanda süni intellekt fabriklərinin artan tələbatı əlavə elektrik enerjisi həcmlərinə ehtiyac yarada bilər. Buna görə də Ermənistan həm elektrik enerjisi ixrac edə, həm də idxal edə bilər. O cümlədən Azərbaycan və Türkiyə ilə əməkdaşlıq çərçivəsində”, – Ermənistanın Baş naziri qeyd edib.

Nikol Paşinyan vurğulayıb ki, İrəvanın strateji məqsədi günəş enerjisi istehsalının və enerji saxlanc sistemlərinin inkişafı hesabına tam enerji müstəqilliyinə nail olmaqdır.

Bununla belə, onun sözlərinə görə, bu məqsəd Ermənistanın beynəlxalq enerji ticarətində iştirakını istisna etmir.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31