ABŞ prezidenti Donald Tramp "doğuş turizminə" son qoymaq üçün sərəncamimzalayıb. Sərəncamda bildirilir ki, bu qərar Amerika vətəndaşlığının mənasını və dəyərini qoruyur.
"PostMedia" xəbər verir ki, yeni qaydalara əsasən, əcnəbi uşaqlar ABŞ ərazisində doğulsalar belə, Amerika vətəndaşlığı ala bilməyəcəklər. Məlumatda deyilir: "Administrasiya, immiqrasiya qanunlarını pozmaq üçün tez-tez pis sindikatlarla işləyən və müvəqqəti girişlərindən Amerika vətəndaşlığını almaq üçün istifadə etmək niyyətində olan sözdə "doğum turistləri"nin girişinə icazə verməməklə immiqrasiya sisteminin bütövlüyünü qoruyur".
Tramp bildirib ki, “doğuş turizmi” nəticəsində ABŞ-də yüz minlərlə uşaq dünyaya gəlib: “İndi insanlar bunun ətrafında biznes qururublar. Belə olmamalıdır”.
ABŞ siyahıyaalma məlumatlarına əsaslanan hesablamalarda “doğuş turizmi” nəticəsində ABŞ-də hər il 22 mindən 26 minədək uşaq dünyaya gəlir.
Reuters qeyd edib ki, ABŞ-yə açıq şəkildə uşaq dünyaya gətirmək və həmin uşağa vətəndaşlıq qazandırmaq məqsədilə gələn əcnəbilərin sayı, eləcə də bunun amerikalı vergi ödəyicilərinə nə qədər başa gəldiyi barədə rəsmi statistika yoxdur.
Qeyd edək ki, Tramp administrasiyası 3 milyondan çox qanunsuz immiqrantı deportasiya edib.