Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
"PostMedia" xəbər verir ki, barədə \Türkiyə Prezident Administrasiyasının mətbuat xidmətindən məlumay veilib. Məlumata görə, Ərdoğan–Paşinyan telefon danışığı zamanı Ermənistanın Baş naziri Türkiyə prezidentini Qurban bayramı münasibətilə təbrik edib. Danışıq zamanı Türkiyə–Ermənistan münasibətlərinin normallaşma prosesi və regional məsələlər müzakirə olunub.
Türkiyə prezidenti vurğulayıb ki, Türkiyə və Ermənistan arasında normallaşma prosesi birbaşa ticarətin başlanması istiqamətində addımlarla irəliləyir.
Ərdoğan qeyd edib ki, Türkiyə regionda sülh və sabitlik üçün səylər göstərir və bu istiqamətdə atılan addımları daim dəstəkləyir.