Dünyada hər 6-cı insan COVID-in fəsadları ilə yaşayır: ÜST simptomların niyə keçmədiyini izah edib
11-dekabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
"COVID-19-a yoluxub sağalanların təxminən 6%-i uzunmüddətli simptomlar yaşayır" - bunu Ümumdünya Səhiyyə Təşkilatı bildirib.
"COVİD-ə yoluxan hər 100 nəfərdən 6-sı hələ də infeksiyanın nəticələri ilə üzləşir — yüngül yorğunluqdan tutmuş yaddaş pozğunluqlarına və ‘beyin dumanı’na qədər", — ÜST-ün sağlamlıq sahəsində fövqəladə hallara reaksiya departamentinin rəhbəri Abdirahman Mahmud Cenevrədə keçirilən brifinqdə deyib.
O vurğulayıb ki, mövcud araşdırmalar koronavirus peyvəndi ilə yaddaşın zəifləməsi kimi əlamətlər arasında heç bir əlaqə göstərmir. Onun sözlərinə görə, bu cür simptomlar peyvənddən deyil, birbaşa infeksiyanın özündən qaynaqlanır.
"PostMedia" xəbər verir ki, ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus da peyvəndləmə ilə belə nəticələr arasında əlaqə qurmaq cəhdlərinə təəccübləndiyini bildirib və xatırladıb ki, COVID-19 pik dövrünü geridə qoysa da, yayılmaqda, mutasiya etməkdə davam edir və risk qrupları üçün ciddi təhlükə olaraq qalır.
O əlavə edib ki, ÜST COVID-19, MERS və potensial yeni koronavirus təhlükələrinə qarşı yeni strateji plan təqdim edib. Onun sözlərinə görə, bu sənəd fövqəladə reaksiyadan koronavirus xəstəliklərinin uzunmüddətli sistemli idarəetməsinə keçidi ifadə edir.