N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Ərdoğan Putinlə görüşdə Ukrayna ilə bağlı təklif irəli sürüb

12-dekabr-2025
Turan Hüseynli
Ərdoğan Putinlə görüşdə Ukrayna ilə bağlı təklif irəli sürüb
Yazı Ölçüsü:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında aparılan danışıqlarda iki ölkə arasındakı ikitərəfli münasibətlər, eləcə də Ukrayna ilə Rusiya arasındakı müharibədə sülhə nail olmaq üçün göstərilən genişmiqyaslı səylər qiymətləndirilib.

"PostMedia" bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı Rusiyaya-Ukraynaya dair müharibə kontekstində sülhü dəstəkləmək üçün Türkiyənin hazır olduğunu bir daha təsdiqləyib.

O bildirib ki, Türkiyə müharibənin başa çatmasına yönəlmiş danışıqlar prosesini diqqətlə izləyir və bu çərçivədə istənilən formatda danışıqlara ev sahibliyi etməyə hazırdır.

Ərdoğan vurğulayıb ki, əsasən energetika obyektləri və limanları əhatə edəcək məhdud atəşkəs sülhə doğru addım kimi faydalı ola bilər.

Kateqoriyalar