ABŞ Maliyyə Nazirliyi prezident Donald Trampın təsviri ilə yeni kolleksion 1 dollarlıq sikkələrin buraxılması imkanını müzakirə edir. "PostMedi" "Fox Business"ə istindən xəbər verir ki, bu addım ABŞ-nin yaranmasının 250 illiyi münasibətilə keçiriləcək tədbirlərin bir hissəsi ola bilər.
Layihəyə əsasən, sikkədə Trampın qalxmış yumruqla, ABŞ bayrağı fonunda təsviri ehtimal olunur. Bu obraz onun 2024-cü ildə baş vermiş sui-qəsd cəhdindən sonra çəkilmiş məşhur fotoya istinad edir.
Maliyyə Nazirliyi təsdiqləyib ki, yekun dizayn hələ razılaşdırılmayıb, lakin qurumun belə hallarda xatirə sikkələri buraxmaq üçün hüquqi səlahiyyətləri mövcuddur.
Məsələ ilə bağlı "Ağ Ev"in mətbuat katibi Kerolayn Levitt bildirib ki, bu Trampın ürəyincə olacaq.
ABŞ-da xatirə sikkələrinin buraxılması uzunmüddətli ənənədir. Tarixdə ən populyar nümunə 1986-cı ildə buraxılmış Azadlıq heykəli təsvirli sikkə olub – onun 15,5 milyon nüsxəsi satılıb. Uğur qazanmış digər sikkələr arasında Corc Vaşinqtonun 250 illiyinə, 1984-cü il Los-Anceles Yay Olimpiya Oyunlarına və ABŞ Konstitusiyasının 200 illiyinə həsr olunmuş buraxılışlar da yer alır.