6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Antonio Kosta: "Hormuz boğazının blokadası cavab addımı ola bilməz"

14-aprel-2026
Antonio Kosta: "Hormuz boğazının blokadası cavab addımı ola bilməz"
Yazı Ölçüsü:

Hörmüz boğazının blokadası cavab addımı ola bilməz.

"PostMedia" xəbər verir ki, bunu Avropa Şurasının Prezidenti Antonio Kosta CNN-ə müsahibəsində bildirib.

“Biz hesab edirik ki, blokadalar digər problemləri həll etmir”, – deyə o bildirib. Koşta irəliləyiş üçün daha real yol kimi bu həftə Fransa və Böyük Britaniyada keçirilmiş, Hormuz boğazında müdafiə əməliyyatları aparmağa hazır ölkələrin koalisiyasının toplantısını göstərib.

“Biz düzgün davranırıq və düzgün yol bu məsələni beynəlxalq hüquqa tam uyğun şəkildə həll etməkdir”, – deyə o əlavə edib. Ötən həftə Çin və Rusiyanın BMT Təhlükəsizlik Şurası qətnaməsini bloklaması ilə bağlı suala cavab verən Koşta bildirib ki, irəliləyiş hələ də “mümkünsüz deyil”.

“İdeal dünyada biz belə bir mandatı BMT Təhlükəsizlik Şurasından alardıq, lakin başqa çərçivədə fəaliyyət göstərmək də mümkündür – bu müharibənin deyil, sülh yolu ilə həllin bir hissəsi kimi”, – deyə o vurğulayıb.

Avropa Şurasının rəhbəri əlavə edib ki, bu gün Vaşinqtonda keçiriləcək Livan və İsrail arasında birbaşa danışıqlarda irəliləyiş əldə olunacağına “barmaqlarını çarpaz tutduğunu” bildirib və İsraili qonşusuna hücumlarla beynəlxalq hüququ pozmaqda ittiham edib.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930