Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanununu imzalayıb.
"PostMedia" xəbər verirki, yeni Qanuna görə, dövlət rüsumu ödəməkdən azad edilən şəxslərin siyhaısı hgenişləndirilib.
Sənəddə deyilir:
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775, № 8, maddə 933, № 11, maddə 1187, № 12 (II kitab), maddə 1351; 2025, № 1, maddə 1, № 2, maddə 101, № 4 (I kitab), maddələr 318, 322, № 5, maddə 433, № 6, maddələr 521, 524, № 7, maddə 626; Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 297-VIIQD nömrəli və 16 dekabr tarixli 313-VIIQD nömrəli qanunları) 9.1.20-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 9.1.20-1-ci maddə əlavə edilsin:
“9.1.20-1. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə üzrə – məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçilər;”.
Bununla da məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçilər mıhkəmələrə müraciət zamanı dövlət rüsumu ödəməkdən azad edilir.