N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

Gələn həftə "Microsoft" "Windows 10"a dəstəyini dayandıracaq

10-oktyabr-2025
Türkan Nəbi
Gələn həftə "Microsoft" "Windows 10"a dəstəyini dayandıracaq
Yazı Ölçüsü:
14 oktyabr 2025-ci il tarixindən etibarən "Windows 10" əməliyyat sisteminin yenilənməsi və texniki dəstək dayandırılacaq.
"PostMedia" xəbər verir ki, bu barədə "Microsoft" məlumat yayıb.
Məlumatda dyeilir ki, bu tarixdən sonra istifadəçilər təhlükəsizlik yeniləmələri, yeni funksiyalar və texniki dəstək almayacaqlar.
Bu səbəbdən, şirkət istifadəçilərə təklif edir ki, ya əməliyyat sistemini "Windows 11"ə pulsuz keçirsinlər, ya da "Windows 11"i dəstəkləyən yeni cihaz alsınlar
Əgər cihaz "Windows 11"in minimum sistem tələblərinə cavab verirsə, pulsuz olaraq yenilənmə mümkündür.
Qeyd edək ki, "Windows 10" dəstəyinin dayandırılmasından sonra bu əməliyyat sisteminin istifadəsi təhlükəsizlik risklərini artıra bilər, çünki yeni zəifliklər aradan qaldırılmayacaq.
Avropa İqtisadi Zonasında olan istifadəçilər üçün "Microsoft" hüquq müdafiə təşkilatı "Euroconsumers"in müdaxiləsi sayəsində əlavə bir il pulsuz təhlükəsizlik yeniləmələri təmin edəcək.
Kateqoriyalar