6°C Bakı
1$ = 1.70₼
İnfrastruktur

AYNA 7 müntəzəm marşrutun hərəkət istiqamətini müvəqqəti dəyişdirib

09-may-2026
AYNA 7 müntəzəm marşrutun hərəkət istiqamətini müvəqqəti dəyişdirib
Yazı Ölçüsü:
Paytaxtın Abbas Mirzə Şərifzadə küçəsində (Nazim Hikmət küçəsindən İsfəndiyar Zulalov küçəsinədək) və Səməd Vurğun küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinədək) 9-11 may tarixlərində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
"PostMedia" xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Məhdudiyyət səbəbindən 7 müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib.
Məlumata görə, 39, 77, 96, 165 və 205 nömrəli marşrutlar alternativ olaraq Nazim Hikmət küçəsi və Mətbuat prospekti, 61 və 88A nömrəli marşrutlar isə Azadlıq prospekti ilə hərəkət edir.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930