ABŞ Yaxın Şərqə əlavə hərbi gəmilər və 5000-ə qədər hərbçi göndərir
13-mart-2026
Türkan Nəbi
Yazı Ölçüsü:
ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqə əlavə hərbi qüvvələr yerləşdirir.
"PostMedia" xəbər verir ki, bu barədə "The Wall Street Journal"a üç amerikalı rəsminin məlumat verib.
Onların sözləronə görə, Pentaqon İranın Hörmüz boğazı bölgəsində hücumlarının artmasına cavab olaraq əlavə dəniz piyadaları və hərbi gəmilər göndərir.
ABŞ müdafiə naziri Pit Heqset Yaxın Şərqdə amerika qüvvələrinə cavabdeh olan ABŞ Mərkəzi Komandanlığının desant qrupunun yaradılması ilə bağlı müraciətini təsdiqləyib.
Rəsmilərin sözlərinə görə, bu qrup adətən bir neçə hərbi gəmidən və təxminən 5 000 dəniz piyadasından ibarət olur.
İki rəsmi mənbənin bildirdiyinə görə, hazırda "USS Tripoli" (LHA-7) gəmisi və onunla birlikdə olan dəniz piyadaları Yaponiyadan Yaxın Şərqə doğru hərəkət edir.
Rəsmilər əlavə ediblər ki, ABŞ dəniz piyadalarının bir hissəsi artıq regiondadır və İrana qarşı əməliyyatlara dəstək verir.