6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Rusiya Ermənistan idxalı olun tərəvəzləri Azərbaycan məhsulları ilə əvəz edəcək

02-iyun-2026, 19:22
Rusiya Ermənistan idxalı olun tərəvəzləri Azərbaycan məhsulları ilə əvəz edəcək
Yazı Ölçüsü:

“Rusprodsoyuz” Assosiasiyasında bildirilib ki, Ermənistandan Rusiyaya gətirilən bəzi kənd təsərrüfatı məhsullarını başqa ölkələrdən almaq mümkündür və bu ölkələr arasında Azərbaycan da var.

"PostMedia" xəbər verir ki, Assosiasiyanın idarə heyətinin sədr müavini Dmitri Leonov bildirib ki, Ermənistan alma məhsullarının tədarükü Moldova, Azərbaycan, Serbiya, Türkiyə və Çin hesabına artırıla bilər. Zərurət yaranarsa, kartofun tədarükü Misir, Azərbaycan, Gürcüstan və Çin vasitəsilə həyata keçirilə bilər.
Onun sözlərinə görə, Ermənistadan idxal olunan heyva Türkiyə və Azərbaycan, armud isə Cənubi Afrika Respublikası, Türkiyə, Azərbaycan və Çin istehsalı ilə əvəz oluna bilər. Badımcan tədarükü isə Türkiyə, Özbəkistan və Çin hesabına genişləndirilə bilər.
Qeyd edək ki, Rusiyada Ermənistan mənşəli bəzi məhsulların — çiçəklər, bəzi tərəvəz və çiyələk, həmçinin çəyirdəkli və tumlu meyvələr, badımcan, kartof və quru meyvələrin bir hissəsinin idxalı qadağan edilib.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031