6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Britaniyanın keçmiş şahzadəsi Endryunun evinin yaxınlığında silahlı şəxs saxlanılıb

07-may-2026, 21:21
Britaniyanın keçmiş şahzadəsi Endryunun evinin yaxınlığında silahlı şəxs saxlanılıb
Yazı Ölçüsü:

Britaniyanın keçmiş şahzadəsi Endryu Mountbatten-Vindsorun evinin yaxınlığında silahlı şəxs saxlanılıb.

"PostMedia" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Norfolk polis idarəsinin açıqlamasına görə, saxlanılma çərşənbə axşamı axşam saatlarında həyata keçirilib. Belə ki, İngiltərənin şərqində yerləşən Endryu Mauntbatten-Vindzorun evinin yaxınlığında “təhdidedici davranış nümayiş etdirən” kişi barədə məlumat daxil olub.

“Polis əməkdaşları hadisə yerinə gəlib və həmin şəxs ictimai asayişi pozmaq və silah saxlamaq şübhəsi ilə saxlanılıb”, - polis bildirib.

Şübhəli dindirilmək üçün yaxınlıqdakı polis bölməsinə aparılıb.

III Kral Çarlzın kiçik qardaşı olan Mauntbatten-Vindzor fevral ayında Cefri Epşteynlə əlaqələrinə görə vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə saxlanılmış və bir neçə saat nəzarətdə qalmışdı.

66 yaşlı Mauntbatten-Vindzor bu ilin əvvəlində uzun illər yaşadığı Vindzor qəsri yaxınlığındakı evdən çıxarıldıqdan sonra kralın Norfolkdakı şəxsi mülkünə köçürülmüşdü.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930